“Onunla yarızarafat, yarıciddi danışırdım” Sadıqov | Icma.az
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib… – Ağır oyun keçdi.
90 dəqiqə gərgin mübarizə şəraitində alındı. Oyun bizim üçün qola qədər daha rahat gedirdi.
Amma biz qol vurduqdan sonra “Qarabağ” sürəti bir az da artırdı. O dəqiqələrdən sonra çətinlik çəkirdik. Oyunçular əzmkarlıq göstərdilər.
“Qarabağ”ın gücünü, qüvvətini bir daha hiss etdik. Komanda inkişaf edir, artırır. Oyun gedə-gedə bunu bir daha gördük.
Dörd gündən sonra “Ayaks”la çox vacib oyuna çıxacaqlar. Onlara uğurlar arzulayırıq. Rəqib 4 dəyişiklik etdi.
Müəyyən həmlələr etdik, müdafiə davranışını bir balca dəyişdik. Çalışdıq ki, rəqibin təzyiqinə dözək və standart vəziyyətlərdə fərqlənək.
Tam oxu
Xəbəri oxu