Onur Quluzadə Çində beynəlxalq təlim məşq toplanışında iştirak edəcək

16.06.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.

Yığma üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 16-dən iyulun 4-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis yığmalarının əsas bazalarından hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью