Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə ilin ilk beynəlxalq turnirlərində iştirak etmək üçün Tunisə yollanıb.
İdman.Biz xəbər verir ki, seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə yarışlara qatılacaq.
Quluzadə fevralın 2-dən 5-dək Tunisin paytaxtında keçiriləcək “WTT Youth Contender Tunis 2026” turnirində, fevralın 6-dan 8-dək isə “WTT Youth Star Contender Tunis 2026” yarışında bacarığını göstərəcək.
Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl iştirak etdiyi analoji beynəlxalq turnirlərdə dəfələrlə qalib və mükafatçı olub.