Onur Quluzadə İsveçdə 3 cü olub

08.06.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Stolüstü tennisçi Onur Quluzadə İsveçin Helsinborq şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğruldub.

Seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə yarışa qatılan idmançı, İsveç və Fransa təmsilçiləri üzərində qələbələrlə qrup mərhələsini lider kimi başa vurub. Ardınca İsrail və Lüksemburq idmançılarına qalib gələn Onur, yarımfinalda fransalı rəqibinə uduzaraq yarışı üçuncü yerdə başa vurub.

Qeyd edək ki, istedadlı idmançı bu gün Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 13-dək İsveçin Halmstad şəhərində keçirəcəyi təlim-məşq toplanışına qatılıb.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью