OPEC ADSEAya dəstək verəcək

17.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilov OPEC Fondunun vitse-prezidenti xanım Şaima Al-Şeybi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən potensial infrastruktur layihələri müzakirə olunub.

OPEC Fondunun rəhbərliyi ölkəmizdə davamlı su təchizatını təmin edəcək bütün layihələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəstək niyyətlərini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью