Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin iyun ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı 547 min barel təşkil edib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, aylıq müqayisədə 10% və yaxud 48 min barel çoxdur.
Hesabatda qeyd edilib ki, neft ixracı illik müqayisədə isə 5% və ya 31 min barel azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!