OPEC: BTC ilə neft ixracı 11% azalıb

11.06.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı 541 min barel təşkil edib.

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, aylıq müqayisədə 8% və yaxud 47 min barel azdır.

Hesabatda qeyd edilib ki, neft ixracı illik müqayisədə isə 11% və ya 64 min barel azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью