OPEC: Bu il qlobal neft tələbatı gündəlik 105,9 milyon barel olacaq

13.07.2026

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb.

AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 780 min barel artaraq gündəlik 105 milyon 940 min barelə çatacağı gözlənilir. Qeyri-OECD ölkələrində tələbatın 740 min barel artaraq sutkalıq 59 milyon 950 min barel, OECD ölkələrində isə 40 min barel artaraq gündəlik 45 milyon 9900 barel olacaq.

2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1 milyon 940 min barel artaraq sutkada 107 milyon 880 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью