OPEC Fondu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəstək verəcək

17.11.2024

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov OPEC Fondunun vitse-prezidenti xanım Şaima Al-Şeybi ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən potensial infrastruktur layihələri müzakirə olunub.

OPEC Fondunun rəhbərliyi ölkəmizdə davamlı su təchizatını təmin edəcək bütün layihələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəstək niyyətlərini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью