OPEC in baş katibi Qazaxıstana səfər edəcək

21.07.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

OPEC-in baş katibi Haytam əl-Qeys oktyabrda Qazaxıstana səfər edəcək.

Bakıvaxtı.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, təşkilatın baş katibi məlumatı təsdiqləyib.

O, 2025-ci ilin oktyabrında Astanada keçiriləcək XVI KAZENERGY Avrasiya Forumunda iştirak edəcək. Bu, Mərkəzi Asiya və Xəzər regionunda ən böyük enerji hadisəsidir.

"Bu nüfuzlu tədbirə töhfə vermək və plenar sessiyada iştirak etmək mənim üçün xoş olacaq", - Haytam əl-Qeys qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью