OPEC+ iyulda neft hasilatının sürətli artımı məsələsini müzakirə edir

22.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

OPEC+ alyansına daxil olan səkkiz ölkə iyul ayında neft hasilatını daha bir dəfə artırmağı nəzərdən keçirir. Bu, artıq istehsalın üçüncü ay ard-arda artması deməkdir.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, gündəlik hasilatın 411 barel həcmində artırılması məsələsi müzakirə olunur ki, bu da əvvəllər nəzərdə tutulduğundan üç dəfə çoxdur. Amma yekun qərar hələ qəbul edilməyib.

Hasilat həcmini könüllü məhdudlaşdıran həmin səkkiz ölkə keçirilən müşavirədə iyul strategiyasını nəzərdən keçirməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью