Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səkkiz OPEC+ ölkəsi könüllü neft hasilatının azaldılmasından çıxışı birinci rübün sonuna qədər dayandırmaq planlarını davam etdirib.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Qazaxıstan, Əlcəzair, Küveyt və Oman ötən ilin aprelində başladılan gündəlik 2,2 milyon barellik könüllü hasilat ixtisarından erkən çıxmağı 2025-ci ilin sentyabrında tamamlayıb və oktyabrda əlavə olaraq 1,65 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa başlayıblar. Yeni qərarın hansı zərurətdən qəbul edildiyi açıqlanmır.
Təşkilata daxil olan 8 ölkənin növbəti görüşü martın 1-də keçiriləcək.
V. QULİYEV