OPEC+ Monitorinq Komitəsinin neft bazarındakı vəziyyətinin analizinə həsr edilmiş görüşü b…
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 fevral, AZƏRTAC OPEC+ Monitorinq Komitəsi neft bazarındakı mövcud vəziyyəti analiz etmək üçün videokonfrans formatında görüşə başlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu, 2025-ci ildə Alyansın ilk görüşüdür.
Qeyd edək ki, 2024-cü il dekabrın 5-də OPEC+ ölkələri Monitorinq Komitəsinin iclasında və ümumi görüşdə bir araya gəlmişdilər.
Həmin vaxt Alyans ölkələri 2025-ci ilin ilk rübü ərzində gündəlik hasilatın 2,2 milyon barel azaldılması ilə bağlı könüllü məhdudiyyətlərin uzadılması barədə razılığa gəlmişdilər.
Bu məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması 2026-cı ilin sentyabrına qədər davam edəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu