“OPEC+” nazirlərinin iclası dekabrın 5nə təxirə salınıb

28.11.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əvvəlcə bu ilin dekabrın 1-nə planlaşdırılan “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Nazirlərinin Monitorinq Komitəsinin iclası və “OPEC+” Nazirlər Toplantısı dekabrın 5-nə təxirə salınıb.

Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, tədbirlərin təxirə salınması bir sıra nazirlərin Küveytdə Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak etməsi ilə bağlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью