OPEC+ neft hasilatına dair kvotaları oktyabrda dəyişməyəcək

06.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Neft hasilatını könüllü şəkildə azaltmaq öhdəliyini davam etdirən OPEC+ ölkələrinin yeddisi oktyabr ayında hasilatı sentyabr səviyyəsində saxlamaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə OPEC+ təşkilatının açıqlamasında bildirilib.

Qərar Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzairə aiddir.

Beləliklə, 2026-cı ilin oktyabrında Rusiyanın neft hasilatı kvotası sutkada 9,949 milyon barel, Səudiyyə Ərəbistanının 10,478 milyon barel, İraqın 4,431 milyon barel, Küveytin 2,676 milyon barel, Qazaxıstanın 1,628 milyon barel təşkil edəcək.

Əlcəzair üçün hasilat kvotası sutkada 1,007 milyon barel, Oman üçün isə 841 min barel olaraq müəyyənləşdirilib.

“Yeddilik” neft bazarındakı vəziyyəti qiymətləndirmək üçün aylıq görüşləri də davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью