“OPEC+” neft hasilatını artırmayacaq

05.10.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


“OPEC+” ölkələri noyabr ayı üzrə neft hasilatı hədəflərini dəyişməmək qərarına gəlib.

“Bakupost” xəbər verir ki, qərar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Omanın iştirakı ilə keçirilən onlayn toplantıda qəbul olunub.

Ekspertlər bildirirlər ki, hasilat hədəfləri dəyişməsə də, bəzi ölkələrdə faktiki istehsal kvotalardan xeyli aşağıdır. Bu isə neft bazarının sıx qalmasına səbəb olur.

“OPEC+”nın növbəti toplantısı 1 noyabrda keçiriləcək.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью