OPEC+ neft hasilatının limitini gündəlik 188 min barel artıracaq

06.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

OPEC+ ölkələri avqust ayında neft hasilatının yuxarı həddini iyul səviyyəsindən gündəlik 188 000 barel artırmaq barədə razılığa gəliblər. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, OPEC+ virtual iclasından sonra yayılan bəyanatda qeyd olunub.

Bəyanata əsasən, neft bazarının sabitliyini qorumaq üzrə kollektiv öhdəliklərinin bir hissəsi olaraq, yeddi iştirakçı ölkə 2023-cü ilin aprel ayında elan edilən əlavə könüllü düzəlişlərə uyğun olaraq hasilatlarını gündə 188 000 barel tənzimləmək barədə razılığa gəliblər. 

Bu düzəliş 2026-cı ilin avqust ayında tətbiq olunacaq. 

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью