OPEC+ ölkələri razılığa gəlib

29.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman 2027-ci ilin yanvar ayında neft hasilatı üzrə mövcud kvotaları qoruyacaq və bu məsələ ilə bağlı aylıq görüşlərdən imtina edəcək.

Modern.az xəbər verir ki, OPEC+ ölkələri üçün ümumi icazə verilən neft hasilatı həcmi sutkada 36,206 milyon barel təşkil edir.

Razılaşmanın iştirakçıları enerji infrastrukturuna hücumların və beynəlxalq dəniz marşrutlarında yaranan pozuntuların neft bazarında qeyri-sabitliyi artırdığı barədə xəbərdarlıq ediblər.

Bundan əlavə neftin daşınması və sığortası xərclərinin artması dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirir.

OPEC+ neft bazarında sabitliyin təmin edilməsi məqsədilə fəaliyyətlərin əlaqələndirilməsini davam etdirmək niyyətini təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью