Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 noyabr, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) cari və növbəti il üzrə qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməz saxlayıb.
AZƏRTAC OPEC-in neft bazarına dair aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə gündəlik təxminən 180 min barel artaraq 105 milyon 720 min barelə çatacağı gözlənilir. Bu göstərici təşkilatın əvvəlki hesabatında açıqlanan proqnozla eynidir.
Cari ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdə neft tələbatının gündəlik 410 min barel artaraq 59 milyon 620 min barelə yüksələcəyi, OECD ölkələrində isə 230 min barel azalaraq 46 milyon 100 min barelə enəcəyi proqnozlaşdırılır.
OPEC-in qiymətləndirməsinə əsasən, gələn il qlobal neft tələbatı cari illə müqayisədə gündəlik 2 milyon 550 min barel artaraq 108 milyon 280 min barelə çatacaq. Bu proqnoz da əvvəlki hesabatdakı göstərici ilə eynidir.
Növbəti il OECD-yə üzv olmayan ölkələrdə neftə tələbatın gündəlik 2 milyon 10 min barel artaraq 61 milyon 630 min barelə, OECD ölkələrində isə 540 min barel artaraq 46 milyon 640 min barelə yüksələcəyi gözlənilir.