Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
OPEC+ qrupu yaz və yay aylarında neftə tələbatın artacağını və bunun qlobal bazarda tarazlığı təmin ediləcəyini proqnozlaşdırır.
Hurriyyet.org Telegraf-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mart–aprel aylarından etibarən daşımaların və səfərlərin aktivləşməsi ilə neftə tələbat tədricən artır.
“Tələbatın artması balansın təmin olunması üçün əlavə amil olacaq. Hazırda tələbatla təklif arasında balans var, qiymətlər sabitdir. Tələbatın artacağını gözləyirik. Bu məsələ OPEC+ monitorinq komitəsinin son iclasında müzakirə olunub. Bu, yaz və yay ayları üçün xarakterik olan ənənəvi tələbatdır”, – deyə o bildirib.