OPEK Fondu bu agentliyə dəstək verəcək

17.11.2024

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilov OPEK Fondunun vitse-prezidenti xanım Şaima Al-Şeybi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən potensial infrastruktur layihələri müzakirə olunub.

OPEK Fondunun rəhbərliyi ölkəmizdə davamlı su təchizatını təmin edəcək bütün layihələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəstək niyyətlərini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью