“Opel” ağaca çırpılıb arxa düşdü Sürücünün vəziyyəti ağırdır

25.12.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Tovuzda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonunun Əlimərdanlı kəndində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq ağaca çırpılıb, daha sonra isə arxa düşüb.

Nəticədə sürücü ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью