Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
2026-cı ildə "OpenAI" şirkətinin təxminən 14 milyard dollar zərər çəkə biləcəyi bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Information" nəşri şirkətin daxili maliyyə sənədlərinə istinadən məlumat verib. Sənədlərdə yaxın illər üçün inkişaf proqnozları əks olunub.
Məlumata görə, 2026-cı il üçün gözlənilən zərər 2025-ci il üçün əvvəlcədən qiymətləndirilən zərərin təxminən üç dəfə çox olacaq. 2023–2028-ci illər arasında "OpenAI"ın ümumi zərəri 44 milyard dollara çata bilər, bundan sonra isə şirkət mənfəətə keçəcək. Sənədlərdə qeyd edilir ki, dönüş nöqtəsi 2029-cu il olacaq və şirkət həmin il təxminən 14 milyard dollar mənfəət əldə etməyi planlaşdırır.
Eyni zamanda, "The Information" bildirir ki, cari xərcləmə tempi əvvəlki gözləntilərdən aşağı olub. Keçən maliyyə ilin ilk yarısında "OpenAI" təxminən 340 milyon dollar xərcləyib, lakin ümumi maliyyə proqnozları hələ də milyardlıq zərərləri nəzərdə tutur. Sənədlərdə bu göstəricilərin necə uyğunlaşdırıldığı isə açıqlanmır.
Daxili hesablamalara görə, 2029-cu ilə qədər "OpenAI" təxminən 200 milyard dollar investisiya etməyi planlaşdırır. Şirkət gəlirlərinin əsas artımını məhsulların kommersiya inkişafına bağlayır.
Proqnozlara görə, "OpenAI"ın kommersiya bölməsi 2029-cu ildə illik 100 milyard dollar gəlir əldə edə bilər, halbuki 2025-ci ildə gözlənilən gəlir təxminən 4 milyard dollar idi. Gəlirin yarısından çoxu ChatGPT təmin edəcək, təxminən 20%-i API vasitəsilə inkişaf etdiricilərə satılan modellərdən, digər 20%-i isə video generasiyası, axtarış və yeni süni intellekt əsaslı xidmətlər daxil olmaqla digər məhsullardan gələcək.
Aydın