Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
"OpenAI" süni intellekt agentlərinə istifadəçilərin bank kartı məlumatlarını görmədən onlar adından alış-veriş etməyə imkan verən ChatGPT Wallet xidmətini təqdim edib.
Banco.az xəbər verir ki, şirkətin məlumatına görə, American Express, Mastercard və Visa ilə əməkdaşlıq çərçivəsində hazırlanan xidmət ilkin mərhələdə ABŞ-da uyğun bank kartlarına sahib, 18 yaşdan yuxarı "ChatGPT Pro" abunəçiləri üçün əlçatan olacaq.
Yeni sistemdə istifadəçilər hər alış-verişdən əvvəl məhsulu, ümumi məbləği və seçilmiş kartı nəzərdən keçirə biləcəklər. Əməliyyat Face ID və ya barmaq izi kimi təhlükəsizlik yoxlamasından sonra təsdiqlənəcək.
"OpenAI" bildirib ki, ödəniş zamanı real kart məlumatları əvəzinə xüsusi tokenlərdən istifadə olunacaq. Beləliklə, nə mağaza, nə də süni intellekt agenti istifadəçinin faktiki kart məlumatlarına çıxış əldə edə biləcək.