“OpenAI” Chrome brauzerini almaqda maraqlıdır

23.04.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ChatGPT” xidmətinin yaradıcısı olan “OpenAI” şirkəti “Google”a məxsus "Chrome" brauzerini almaqda maraqlıdır.

APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Bəli, bir çox başqa şirkətlər kimi biz də bu məsələdə maraqlıyıq.", - “OpenAI”-də “ChatGPT” üzrə məsul şəxs Nik Tarli bildirib.

Tarli qeyd edib ki, hazırda "Chrome" üçün “ChatGPT” əlavəsi mövcuddur. Lakin əgər “OpenAI” "Google"un brauzerini alsa, “chatbot”un "Chrome" ilə daha dərindən inteqrasiyası mümkün ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью