“OpenAI” köklü dəyişikliklərə gedir “ChatGPT 4” ləğv edilir

03.02.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ-nin aparıcı süni intellekt startapı “OpenAI” fevral ayının ikinci yarısından etibarən “ChatGPT” platformasında əhəmiyyətli dəyişikliklər edəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, şirkətin qərarına əsasən, 13 fevraldan etibarən “ChatGPT-4o” və onun yenilənmiş versiyaları, eləcə də baza “GPT-5” modeli istifadədən çıxarılacaq. İstifadəçilərə yalnız “ChatGPT-5.1” və “GPT-5.2” modelləri təqdim olunacaq.
Bu addımla “OpenAI” uzun müddət istifadəçilərin “daha birbaşa və dostcasına” hesab etdiyi əvvəlki nəsil süni intellekt modelləri ilə vidalaşır. Qeyd edək ki, şirkət 5-ci nəsil modelin təqdimatından sonra “GPT-4” versiyalarını ləğv etməyi planlaşdırsa da, istifadəçilərin narazılığı səbəbindən bu qərar daha əvvəl təxirə salınıb.
“OpenAI”ın baş icraçı direktoru Sem Altmanın sözlərinə görə, “ChatGPT”nin yeni versiyaları köhnə modellərdə istifadəçilərin bəyəndiyi bütün əsas üstünlükləri qoruyub saxlayır. Bununla belə, statistik göstəricilər köhnə modellərə marağın xeyli azaldığını göstərir. Hazırda “ChatGPT”nin həftəlik təxminən 800 milyon istifadəçisi olsa da, onlardan cəmi 800 min nəfəri “GPT-4o” modelindən istifadə edir ki, bu da ümumi auditoriyanın yalnız 0,1 faizinə bərabərdir.
Bu səbəbdən “OpenAI” köhnə modellərin bağlanmasını və məlumat mərkəzlərinin resurslarının daha çevik və ağıllı modellərə yönəldilməsini zəruri hesab edir.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью