Icma.az, Lent az portalına istinadən məlumat verir.
ABŞ-nin "OpenAI" şirkəti "Nvidia"nın bəzi çiplərindən narazıdır və süni intellekt (Sİ) üçün alternativlər axtarır.
Lent.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, "ChatGPT"nin təsisçi olan şirkət tərəfindən strategiyadakı dəyişiklik süni intellektin müəyyən elementləri yerinə yetirmək üçün istifadə olunan mikroprosessorların artan əhəmiyyəti ilə əlaqələndirilir.
Qeyd olunur ki, bu, süni intellekt modelinin müştəri istəklərinə və sorğularına cavab vermə prosesidir.
Nəşr qeyd edir ki, "OpenAI" və digər şirkətlərin süni intellekt çipləri bazarında alternativlər axtarmaq qərarı "Nvidia"nın süni intellekt sahəsindəki dominantlığı üçün ciddi bir sınağıdır.
"Nvidia" hələ də böyük süni intellekt modellərinin hazırlanması üçün istifadə olunan çiplər bazarında dominantlıq edir. Şirkət daha əvvəl "OpenAI" startapı üçün maliyyələşdirməni tənzimləməyi planlaşdırdığını açıqlamışdı.