““OpenAI” öz sosial şəbəkəsini yaratmaq üzərində işləyir” KİV

15.04.2025

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


““ChatGPT”nin tərtibatçısı “OpenAI”, “Twitter”ə bənzər öz sosial şəbəkəsini yaratmaq üzərində işləyir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Verge” mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, layihə hələ ilkin mərhələdədir, lakin daxili prototip artıq mövcuddur. “OpenAI”nin baş direktoru Sam Altman artıq özəl olaraq kənar şəxslərdən layihə ilə bağlı rəy soruşub.
Sosial şəbəkənin ayrıca proqram şəklində buraxılacağı və ya “ChatGPT”ə inteqrasiya ediləcəyi hələlik bəlli deyil.
Nəşr qeyd edib ki, öz sosial şəbəkəsi “OpenAI”yə real vaxt rejimində öz məlumatlarını toplamağa imkan verəcək ki, bu da ona “ChatGPT”ni öyrətməyə imkan verəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью