Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"OpenAI" şirkətin gələcəkdə sabit abunə modellərindən imtina edərək, gəlirini texnologiyalarından istifadə edən müştərilərin kommersiya uğurları ilə birbaşa əlaqələndirən sxemlər tətbiq edə bilər.
Axşam.az xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Sara Frayar məlumat verib.
Onun sözlərinə görə, buna nümunə olaraq əczaçılıq sahəsini göstərmək olar. Belə ki, "OpenAI" alətlərindən istifadə edən dərman istehsalçısı yeni preparat hazırlayarsa, şirkət həmin məhsulun gələcək satışlarından royalti almaq hüququna sahib ola bilər.
“İdeya ondan ibarətdir ki, maraqlarımız eyni tərəfdə olsun: müştərilərimiz qazandıqca, biz də qazanaq” deyə, Frayar qeyd edib.