OpenAI süni intellekt sahəsində Pentaqonla əməkdaşlıq edə bilər

11.04.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerikanın OpenAI texnologiya şirkətinin rəhbəri Sem Altman, Vanderbilt Universitetində keçirilən konfransda çıxışı zamanı ABŞ Müdafiə Nazirliyi ilə gələcəkdə süni intellekt əsasında silah sistemlərinin hazırlanmasında əməkdaşlıq ehtimalını istisna etməyib.

APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Bu dünyada heç vaxt 'heç vaxt' demirəm, çünki bəzən dünya çox qəribə bir yerə çevrilə bilər”, – Altman qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью