Icma.az, Bakupost saytına istinadən bildirir.
“OpenAI” illik gəlirini 40 milyard dollardan yuxarı çıxarmağa hazırlaşır.
“Bakupost” xəbər verir ki, “ChatGPT”nin yaradıcısı olan şirkətin gəlir artımı son aylarda sürətlənib. Buna süni intellekt əsaslı kodlaşdırma proqramlarının, abunə satışlarının və ilkin mərhələdə olan reklam fəaliyyətinin böyüməsi təsir edib.
Məlumata görə, şirkətin hazırkı gəlir tempi 2025-ci ilin sonundakı göstəricidən təxminən iki dəfə yüksəkdir. Bu artım “OpenAI”ın birjaya çıxmaq planlarını da dəstəkləyə bilər.
Şirkət daha çox korporativ müştəri qazanmaq üçün əsas rəqiblərindən biri olan “Anthropic”lə rəqabət aparır. “Anthropic” may ayında illik gəlir tempinin 47 milyard dolları keçdiyini açıqlamışdı.
Bununla belə, hər iki şirkətin illik gəlir tempini eyni üsulla hesablamadığı bildirilir.
Vüsalə Hüseynova,
BakuPost