Opera ifaçısı onu məhkəməyə verdi

14.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Amerikalı opera müğənnisi Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəməyə müraciət edib.

Axşam.az xəbər verir ki, “Rolling Stone” nəşrinin məlumatına görə, sənətçi Kanye Uestin “Navuxodonosor” operasının hazırlanması zamanı onun hüquqlarının pozulduğunu iddia edir.

Çeyz Teylorun iddiasına əsasən, o, Vayominq ştatının Kodi şəhərindəki məktəbə aparılıb və əsərin böyük hissəsini cəmi dörd gün ərzində yazmağa məcbur edilib. Müğənni həmin müddətdə məktəbdə saxlanıldığını, dəfələrlə buraxılmasını, komandasının yemək və su ilə təmin olunmasını, eləcə də istirahət etməsinə şərait yaradılmasını tələb etdiyini, lakin müraciətlərinin cavabsız qaldığını bildirib.

Teylorun digər iddiası isə müəllif hüquqları ilə bağlıdır. O, bəstələdiyi musiqinin icazəsi olmadan Travis Skottun “Telekinesis” mahnısında, eləcə də Kanye Uestin “Vultures 2” albomunun bir neçə trekində istifadə edildiyini iddia edir.

Opera müğənnisi məhkəmədən müəllifliyinin rəsmi şəkildə tanınmasını, əsərlərdən əldə olunan gəlirdən ona düşən payın ödənilməsini və dəymiş zərərə görə kompensasiya tələb edir.

Qeyd edək ki, irəli sürülən iddialarla bağlı məhkəmənin yekun qərarı hələ açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью