Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanlı opera müğənnisi, tenor Emin İsmayılov Nyu-York şəhərində yerləşən məşhur “Carnegie Hall” konsert salonunda keçirilən beynəlxalq musiqi müsabiqəsində 1-ci yerə layiq görülüb. İfaçı müsabiqədə Azərbaycan professional bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyasını ifa edib.
Emin İsmayılov bildirib ki, Azərbaycan opera sənətinin incilərindən olan əsərin “Carnegie Hall” səhnəsində səsləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu uğur milli opera ənənələrimizin təbliğinə və Azərbaycan musiqi irsinin beynəlxalq auditoriyaya tanıdılmasına xidmət edir.
Beynəlxalq səhnələrdə Azərbaycan musiqisini və mədəniyyətini təmsil etmək əsas yaradıcılıq məqsədlərimdən biridir. Bu qələbə sənət yolumda mühüm uğur olmaqla yanaşı, Azərbaycan opera sənətinin beynəlxalq miqyasda tanıdılması baxımından da əlamətdar hadisədir.
XQ