Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ti
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilər
Əvvəl bu müddət 2025-ci il oktyabrın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində iş vaxtına mütənasib olaraq ödənilir.
Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılması o deməkdir ki, ölkədə koronavirusa yoluxmuş xəstələr də var.
Hazırda nə qədər koronavirusa yoluxmuş xəstə var və yeni qərar nə qədər tibb işçisini əhatə edir?
Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirus xəstələrinin sayını Nazirlər Kabinetinin yanında Operativ Qərargah aylıq olaraq açıqlayır: “Qərarı Nazirlər Kabineti verir, sorğunu aiddiyyəti üzrə Nazirlər Kabinetinə ünvanlaya bilərsiniz”.
Amma maraqlıdır ki, koronavirusa yoluxan şəxslərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah ən son rəsmi statistikanı 02.02.