Operatorlar rəqabət etdi, nömrə daşınması 218 milyonu ötdü

17.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, ilin birinci rübünün sonuna qədər mobil xidmətlərdə abunəçilərin sayı 86 milyona və əhaliyə görə mobil abunəçilərin nüfuzetmə nisbəti 100,3 faizə çatıb. O əlavə edib ki, bu dövrdə daşınan 3,5 milyon nömrə ilə daşınan nömrələrin ümumi sayı 218 milyonu keçib.

XQ Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir Uraloğlu açıqlamasında elektron rabitə sektorunda fəaliyyət göstərən operatorların sayının 416-ya çatdığını və bu operatorlara verilən səlahiyyətlərin sayının 782-yə çatdığını bildirib.

Uraloğlu elektron rabitə sektorundakı operatorların ümumi xalis satış gəlirinin 179,7 milyard Türk lirəsinə çatdığını və investisiyaların ümumi məbləğinin 263 milyard Türk Lirəsinə yaxınlaşdığını, sektordakı gəlir artımının investisiyalara da müsbət təsir etdiyini qeyd edib. Uraloğlu, nazirlik olaraq, xidmətlərin ölkə daxilində ən yüksək keyfiyyətdə olmasını təmin etmək üçün böyük səylər göstərdiklərini izah edərək, "Xüsusilə, ölkə daxilində mobil xidmətlərə abunəçilərin yayılması və sayı artmaqda davam edir. Mobil xidmətlərə abunəçilərin sayı 86 milyona çatıb və əhaliyə görə mobil abunəçilərin nüfuzetmə nisbəti 100,3 faizə çatıb" deyə söyləyib.

Nazir Uraloğlu, 1 apreldə Türkiyə daxilində mobil şəbəkələrdə 5G-nin istifadəyə verildiyini xatırladaraqdaha sonra deyib: "İlk gündən etibarən bu texnologiya ilə 21 milyon abunəçi tanış oldu. Bu gün bu rəqəm 44,5 milyona çatıb. Təxminən 4 ay ərzində ölkəmizin əhalisinin yarıdan çoxu 5G ilə tanış olub; başqa sözlə, hər iki nəfərdən biri 5G abunəçisi olub".

Uraloğlu, Türkiyənin bu dövrdə də Avropa ölkələri arasında orta aylıq mobil zəng müddəti baxımından birinci yerini qoruduğunu vurğulayaraq, ilin birinci rübündə orta aylıq mobil istifadə müddəti 439 dəqiqə olan Türkiyənin Avropa ölkələri ilə müqayisədə ən çox mobil telefon zəngi edən ölkə olduğunu bildirib.

Nazir fiber infrastrukturuna investisiyaların davam etməsindən məmnunluğunu ifadə edərək, ilin birinci yarısında fiber infrastrukturunun ümumi uzunluğunun 365.000 kilometrə çatdığını əlavə edib.

M.MİRZƏ
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью