Oqtay bügünkü Dilarə ilə fəxr edərdi

28.01.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Oqtay sağ olsa idi, bügünkü Dilarə ilə fəxr edərdi".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Uzun sözün qısası" layihəsində mərhum həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevdən danışarkən deyib.

"Oqtay mənim danışmağımı, gülməyimi, zarafatlarımı, geyimimi, bəzənməyimi sevirdi. İnsanın bütün bu yaşananları anlaması üçün müəyyən bir vaxt, zaman keçməlidir. Bundan başqa artıq mənim əlimdən bir şey gəlmir. Amma mən bundan sonra Oqtayın hər zaman görmək istədiyi Dilarə olacağam. O, məni necə tanıyıb, elə də yoluma davam edəcəyəm. Bununla da Oqtayın ruhunu daha çox şad edəcəyəm. Oqtay bugünkü Dilarə ilə daha çox fəxr edərdi, çünki, mən bunun üçün indi daha çox işlər görürəm. Bu an əlimdən gələn nədirsə, onu edirəm" deyə, D.Əliyeva bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью