Oqtay Əsədovun qızı vəfat etdi Yenilənib

25.12.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova xərçəng xəstəliyindən əziyyət çəkib. 

Mərhumun 5 övladı var. O, 2002-2012-ci illərdə Kamran Balayevlə evli olub. K.Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini verməklə gündəmə gəlmişdi. 

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью