Oqtay Əsədovun sonuncu vəzifəsi də əlindən alındı Yerinə yeni prezident seçildi

01.05.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 1-də Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. O, 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib. 

İclasın gündəliyi təsdiq edildikdən sonra 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib. Hesabat səsvermə yolu ilə təsdiqlənib. Daha sonra Azərbaycan Tennis Federasiyasının Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.

 Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.

 Ənvər Ənvərli çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. Yığıncaqda çıxış edən federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью