Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Meyxanaçı Oqtay Kamil məclislərdən birində yaşadığı maraqlı hadisə ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçinin mahnı ifa etdiyi zaman duet həmkarı Samirə Yusifqızını görməsi gözlənilməz anın yaşanmasına səbəb olub. Belə ki, Oqtay Kamil həmin anda müvazinətini itirərək yıxılıb.
Ətrafındakı şəxslər dərhal meyxanaçıya kömək edərək onun ayağa qalxmasına yardım ediblər. Nəticədə söz ustası xəsarət almaqdan yayına bilib.
Meyxanaçının bu anı əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb. Video həm gülüş doğurub, həm də izləyicilər arasında müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)