Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Oracle" şirkətinin həmtəsisçisi Larri Ellisonun sərvəti son üç ay ərzində təxminən 40 milyard dollar azalıb.
Banco.az xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, Ellison hazırda 137,7 milyard dollarlıq sərvətlə dünyanın ən varlı milyarderləri siyahısında 12-ci yerdə qərarlaşıb.
Bildirilib ki, "Oracle" şirkətinin səhmləri ilin əvvəlindən bəri 47% ucuzlaşıb. Noyabrın 20-də səhmlərin qiyməti 7,5% azalaraq təxminən 102 dollara düşüb. Bu, 2024-cü ilin yanvarından bəri qeydə alınan ən aşağı göstəricidir.
Nəşr səhmlərin ucuzlaşmasının əsas səbəblərindən biri kimi süni intellekt məlumat mərkəzlərinin tikintisinə çəkilən böyük xərcləri göstərir. Bu investisiyalar "Oracle" şirkətinin 2026-cı maliyyə ili üzrə pul vəsaitlərinin hərəkətində 23,7 milyard dollarlıq mənfi göstərici ilə nəticələnib.