Orada avtobus zolağının olması nədir? Qəza baş verəcək Dj Tural | Icma.az
Icma.az bildirir, Olke.az portalına istinadən. Ağ şəhərdən 8 Noyabr prospektinə çıxan ərazidə avtobus zolağının olması digər nəqliyyat vasit
Ölkə.Az xəbər verir ki, bu barədə “AvtoStop” verilişinin aparıcısı DJ Tural paylaşım edib.
O, ərazidə işıqfor quraşdırılmasını və ya sürücülərə zolağa daxil olmağa icazə verilməsini istəyib: “Bura Ağ şəhərdən 8 noyabr prospektinə çıxan ərazidir.
Dəfələrlə bu haqda danışmışıq, amma video çəkmək məcburiyyətində qalırıq.
Əvvəlcə sağa dönmək üçün piyadalar yol verməli, daha sonra sol tərəfdən gələn nəqliyyat vasitələrini gözləməliyik.
Buradan çıxanda ikinci zolağa çıxmaq məcburiyyətində qalırıq, çünki avtobus zolağı var.
Məcburuq avtobus zolağının bu tərəfində duraq ki, bəxtimiz gətirsə, oradan avtobus gəlməsə, ikinci sıraya çıxa bilək.
Əgər mümkündürsə, bu istiqamətdə ya icazə verin, biz avtobus zolağına daxil olub daha sonra ikinci zolağa keçək, ya da bura işıqfor qoyun.
Tam oxu
Xəbəri oxu