Orada əbədi qalmayacağıq Vensin İran açıqlaması

17.11.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

İranla müharibə Vaşinqton üçün növbəti uzunmüddətli münaqişəyə çevrilməyəcək. Amerika hakimiyyəti bu qarşıdurmanın hətta iki il belə davam etməsinə imkan verməyəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Vitse-prezidentin sözlərinə görə, Vaşinqton Amerika xalqına bundan sonra sonsuz müharibələrdə iştirak etməyəcəyinə dair söz verib:

"Bəli, Prezident Donald Tramp Tehranın nüvə proqramını məhv etməyi zəruri sayır, çünki İranın nüvə proqramı ABŞ üçün təhlükə yaradır. Lakin biz bu münaqişənin 10, 15, hətta açığı, iki il belə ABŞ üçün ağır öhdəliyə çevrilməsinə yol verməyəcəyik".

ABŞ-nin bölgədə əbədi qalmayacağını vurğulayan Cey Di Vens fikirlərini belə tamamlayıb: "Biz bunu etməyəcəyimizə söz vermişdik. Tamamilə əminəm ki, Prezident bizi bu vəziyyətdən əla nəticələrlə çıxaracaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью