Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə millisinin müdafiəçisi Niko Orayli zədə səbəbindən Millətlər Liqasının son oyunlarından kənarda qalıb.
Fanat.Az xəbər verir ki, sol cinah müdafiəçisi İspaniyaya qarşı (2:3) bütün matçda oynasa da, Tomas Tuxelin komandasının Çexiya üzərində 2:0 hesablı qələbəsini qaçırıb.
O, artıq tibbi müayinədən keçmək üçün klubunun düşərgəsinə - "Mançester Siti"yə qayıdıb. Məlumatı millinin mətbuat xidməti yayıb. Oraylinin şənbə günü Xorvatiya ilə səfər oyununu və gələn çərşənbə axşamı Çexiya ilə cavab matçını buraxacağı dəqiqdir.
Məşqçilər heyəti zədəli müdafiəçinin yerinə başqa oyunçu çağırmamaq qərarına gəlib. Son oyunda müdafiənin cinahında "Nyukasl"dan Lyuis Holl çıxış edib və keçmiş klub komanda yoldaşı Entoni Qordonla əla tandem yaradıb.
Mirağa