Orbakaitenin iki fərqli ərdən olan oğulları mübahisə edib | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir. özü də siyasət üstündə...
Müğənni Alla Puqaçovanın ailəsində fikir ayrılığı yaranıb. SİA-nın məlumatına görə, onun müxtəlif ölkələrdə yaşayan nəvələri siyasət üstündə
Primadonnanın qızı Kristina Orbakayte biznesmen əri Mixail Zemtsov və qızı Klavdiya ilə birlikdə çoxdan ABŞ-da məskunlaşıb.
Müğənni Vladimir Presnyakovdan olan böyük oğlu Nikita da 2022-ci ildə ora köçüb.
Orbakaitenin milyonçu Ruslan Baysarovdan olan kiçik oğlu Deni anası və qardaşı ilə praktiki olaraq ünsiyyət qurmur.
POPCAKE-nin ulduz ailənin dostuna istinadən verdiyi xəbərə görə, Nikita Presnyakov qardaşını ABŞ-a köçməyə razı salmağa çalışsa da, Moskvada işləyən Deni bundan imtina edib.
Bundan sonra qohumlar arasında münasibətlər gərginləşib. Nəticədə, Orbakaite oğullarının hər biri ilə ayrıca ünsiyyət qurmalı olur.
Deninin atası, tikinti şirkətinin sahibi Ruslan Baysarov BAM və Trans-Sibir Dəmir Yolunun modernləşdirilməsi layihəsində iştirak edir.
Tam oxu
Xəbəri oxu