Orban Aİ dən Trampın planını dərhal dəstəkləməyi tələb etdi

22.11.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqından Donald Trampın sülh planını dərhal və qeyd-şərtsiz dəstəkləməyi tələb edib.
Yeniavaz.com
xəbər verir ki, “Politico” Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə göndərdiyi məktubu əldə edib.
“Avropalılar ABŞ-nin sülh təşəbbüsünü dərhal və qeyd-şərtsiz dəstəkləməlidir. ABŞ prezidentini dəstəkləməklə yanaşı, biz dərhal Rusiya ilə müstəqil və birbaşa danışıqlara başlamalıyıq”, - məktubda deyilir.
Orban vurğulayıb ki, Macarıstan Avropa İttifaqının Ukraynaya əlavə maliyyə yardımı göstərməsini dəstəkləməyəcək və Aİ adından və daxilində belə bir qərarı qəbul etməyəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью