Orban Aİ ni Ukraynadakı korrupsiyaya məhəl qoymamaqda ittiham edib | Icma.az
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını Ukraynadakı korrupsiyaya məhəl qoymamaqda ittiham edib.
Doğru.az xəbər verir ki, Orban sosial media səhifəsində Aİ-nin Ukraynada korrupsiyaya qarşı mövqe tutmalı olduğunu, lakin Brüssel və Kiyevin həqiqətlə üz-üzə gəlmək əvəzinə bir-birini ört-basdır etdiyini yazıb.
O həmçinin vurğulayıb ki, Aİ özü “korrupsiya içində boğulur” və Avropa Komissiyası ilə Avropa Parlamenti “qalmaqallara qərq olub”.
Qeyd edək ki, daha əvvəl Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas sələfi Federika Moqerini ilə bağlı korrupsiya qalmaqalından uzaqlaşmağa çalışırdı.
DOĞRU.AZ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu