Orban Aİ yə çağırış etdi

22.11.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə məktub göndərərək, Ukrayna böhranının həlli üçün ABŞ planına razılıq verməyə çağırıb.

"Ölkə.az" xəbər verir ki, Orban məktubda bildirib ki, Avropalılar ABŞ-ın sülh təşəbbüsünü dərhal və qeyd-şərtsiz dəstəkləməlidirlər.

"ABŞ prezidenti Donald Trampı dəstəkləməklə yanaşı, biz dərhal Rusiya ilə müstəqil və birbaşa danışıqlara başlamalıyıq", Orban yazıb.

Bundan əlavə, baş nazir Budapeştin Aİ-nin Ukraynaya hər hansı bir maliyyə yardımı göstərməsinə qarşı olduğunu bildirib.

Öz növbəsində, adı açıqlanmayan Aİ rəsmisi Politico-ya qalan 26 ölkənin Kiyevə dəstəyini dayandırmaq niyyətində olmadığına əminlik verib.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью