Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, Viktor Orban “EconomX” iqtisadi portalına müsahibəsində özünün bu mövqeyini Avropa İttifaqının (Aİ) dağılmaq üzrə olması ilə əsaslandırıb. Bu baxımdan, Macarıstan Brüsseldən asılılığını gücləndirməməlidir.
“Macarıstan öz taleyini Aİ ilə indikindən daha sıx bağlamamalıdır. Avronun valyuta kimi qəbulu bu istiqamətdə mümkün olan ən sıx addım deməkdir. Amma Aİ dərin böhran yaşayır və radikal dəyişikliklər baş verməsə, bu proses davam edəcək və birlik keçmişdə qalacaq”, - Macarıstanın baş naziri vurğulayıb.
Xatırladaq ki, Aİ ilə fəal ticarətə və Avropa fondlarından əhəmiyyətli investisiyalara baxmayaraq, Macarıstan hələ də avrozonaya daxil olmaq üçün kriteriyalara cavab vermir. Bir sıra qonşu ölkələr – Polşa, Çexiya və Rumıniya da pul ittifaqından kənarda qalır.
Bu arada, iyunun 4-də Avropa Komissiyası (AK) və Avropa Mərkəzi Bankı Bolqarıstanın 2026-cı il yanvarın 1-dən etibarən avrozonaya qoşulmasını təsdiqləyib. Bu, Bolqarıstanı pul ittifaqının 21-ci üzvünə çevirəcək.
Bu qərarı avrozona ölkələrinin maliyyə nazirlərini birləşdirən Avroqrup da dəstəkləyib və Aİ Şurasına Bolqarıstanda avronun tətbiqini rəsmi şəkildə təsdiqləməyi tövsiyə edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. “Macarıstan öz taleyini Aİ ilə indikindən daha sıx bağlamamalıdır. Avronun valyuta kimi qəbulu bu istiqamətdə mümkün olan ən sıx addım deməkdir. Amma Aİ dərin böhran yaşayır və radikal dəyişikliklər baş verməsə, bu proses davam edəcək və birlik keçmişdə qalacaq”, - Macarıstanın baş naziri vurğulayıb.