Orban Avropanı Ukrayna üzərində müharibə psixozunu dayandırmağa çağırıb

27.04.2025

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Macarıstanın baş naziri Viktor Orban Avropanı bürüyən müharibə psixozuna son qoymağa çağırıb və qeyd edib ki, ABŞ-ın dəstəyi olmadan Ukrayna münaqişəni davam etdirə bilməyəcək.

Orban X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Avropanı bürüyən müharibə psixozuna son qoyulmalıdır: “Amerikasız Ukraynanın şansı yoxdur”.

O, Brüsselin ümidsiz hərbi strategiyadan yapışdığını vurğulayıb və əlavə edib ki, böhrandan yeganə çıxış yolu sülhə gedən yoldur.

Bundan əvvəl Orban bildirib ki, Ukraynanın Aİ-yə qəbulu sonsuz müharibəyə gətirib çıxaracaq .avam etdirə bilməyəcək.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью