Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, bankirlər Rusiyanın hərbi məğlubiyyətinə mərc ediblər.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Orbanın sözlərinə görə, Ukraynada münaqişənin davam etməsini istəyənlər bankirlərdir.
Baş nazir sosial şəbəkə hesabında yazıb:
“Sizcə, bu müharibənin davam etməsini kim istəyir? Nüvə gücünə inanan siyasətçilər döyüş meydanında məğlub ola bilərlər. Sonsuz münaqişələrdən qazanc əldə edən silah istehsalçıları, bir də Rusiyanın hərbi məğlubiyyətinə mərc edən bankirlərdir”.
V. QULİYEV